Xəzər Xəbər

Prezidentin köməkçisi koronavirusa yoluxdu

Dünya | 14:19 • 13 Avqust 2020
Prezidentin köməkçisi koronavirusa yoluxdu

Venesuela Prezidenti Nikolas Maduronun Turizm və Mədəniyyət üzrə müşaviri Xorxe Rodriqez koronavirusa yoluxub.


Bu barədə müşavir sosial media hesabından açıqlama yayıb.


X.Rodriqez bildirib ki, ümumi vəziyyəti yaxşıdır, izolyasiya olunur və xəstəlikdən qurtulmaq üçün lazımi qulluğu görür.


Son rəqəmlərə görə, Venesuelada 29 min 88 nəfər koronavirusa yoluxub, 247 nəfər ölüb.


Venesuela koronavirus pandemiyasına qarşı sərt tədbir görməyən ölkələr arasındadır./Publika.az

Xəbər lenti