Xəzər Xəbər

Evdən küçəyə çıxan daha bir koronavirus xəstəsi saxlanıldı VİDEO

Veb TV | 09:24 • 13 Avqust 2020
Evdən küçəyə çıxan daha bir koronavirus xəstəsi saxlanıldı

Polis Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsini müəyyən edib və o, saxlanaraq xəstəxanaya yerləşdirilib. Zaqatala polisi isə nişan mərasimi təşkil edənləri cərimələyib. Saatlıda dakarantin qaydalarının pozulduğu2 çay evi bağlanıb. Həmçinin qaydalara riayət etməyən qəssabxana sahibi cərmilənib.

Balakən Rayon Polis ŞöbəsinəCOVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, ancaq o, qaydaları pozaraq yaşayış yerini tərk edib.Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib.o, Təcili Tibbi Yardım avtomobili iləkoronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstənasına yerləşdirilib. Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçünBalakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zaqatalada isə evdə gizli nişan mərasimləri keçirənləraşkarlanıb. polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər. Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarınıpozduqları aşkar edilib. Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib.Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.

Saatlı da da rayon İcra hakmiyyəti Hüquq mühafizə əməkdaşları və Gigiena Epidemioligya mərkəzi tərəfindən rayon ərazisindəmonitorinq keçirilib. Əsasən sakinlərin sıx toplaşdığı kafe və çay evlərində o cümlədən marketlərə baxış keçirilib.Müşahidələr zamanı şəhər ərazisində fəaliyyət göstərən 2 çay evində karantin qaydalarının pozulduğu aşkar edilib. Həmin kafelerin sahibləri cərimə olunaraq obyektlər bağlanılıb. Bundan başqa müşahidələr zamanı ət kəsim məntəqələrində də,karantin qaydalarına riayət olunmadığı məlub olub. Və sahibləri cərimələnib.

Xəbər lenti