Xəzər Xəbər

İki ailə torpağa görə dalaşdı - Ölənlər və yaralananlar var

Hadisə | 09:52 • 13 Avqust 2020
İki ailə torpağa görə dalaşdı - Ölənlər və yaralananlar var

Misirin paytaxtı Qahirənin cənubundakı Fayum əyalətində ailələr arasında torpaq davası baş verib.

Yerli "Əl-Əhram” qəzeti davada iştirak edənlərdən azı 8 nəfərin qətlə yetirildiyi, 35 nəfərin isə yaralandığı barədə məlumat yayıb.

Avtomat silahlardan və tapançalardan atəş açan dava iştirakçıları arasında atışma bir neçə saat davam edib. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub. Xəstəxanaya çatdırılan yaralılardan üçünün vəziyyəti ağırdır. Polis cinayətdə iştirak etməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.

Misirdə hətta ailədaxili mübahisələr zəminində baş verən münaqişələrdə də odlu silahlardan tez-tez istifadə olunur. Ötən il hökumət 2011-ci ildən bəri qanunsuz yollarla ölkəyə gətirilən və əhalinin əlində olan silahların təhvil verilməsi istiqamətində bəzi tədbirlər həyata keçirib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti