Xəzər Xəbər

Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim olundu VİDEO

İdman | 16:28 • 12 Avqust 2020
Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim olundu

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.


Yeni loqo 4 elementin vəhdətidir:


1) Alov – "odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir;

2) Dalğavari hissə – Xəzər dənizinə işarədir;

3) Qartal – Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir;

4) Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.


Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.



Xəbər lenti