Xəzər Xəbər

Rusiyanın COVID-19 vaksininin 100-dən çox yan təsirləri ortaya çıxdı

Dünya | 16:53 • 12 Avqust 2020
Rusiyanın COVID-19 vaksininin 100-dən çox yan təsirləri ortaya çıxdı

Dünyada ilk qeydiyyatdan keçən və Rusiya olan istehsalı koronavirus vaksininin xeyli sayda yan təsirləri meydana çıxıb


"Report” "Fontanka”ya istinadən xəbər verir ki, bu barədə məlumat Qamaleya Mərkəzinin hesabatında yer alıb.  


Məlum olub ki, tərcübə altında olan 38 nəfərdə 144 yan təsirlər aşkarlanıb. Əksəriyyəti fəsadsız keçsə də, araşdırmanın 42-ci günündə onlardan 31 yan təsir keçməyib (immunoloji göstəricilərin laborator pozuntular qeydə alınıb).


Bildirilib ki, peyvəndlənmədən sonra könüllülərdə şişkinlik, ağrı, hipertermiya, preparatın vurulduğu yerdə qaşıntılar qeydə alınıb. Ümumilikdə könüllülərdə asteniya, əzginlik, pireksiya, hərarətin yüksəlməsi, iştahsızlıq, başağrısı, diareya, udlaq ağrıları, burnun tutulması və s. problemlər aşkarlanıb.


Bundan başqa, vurğulanıb ki, preparat yaşı 18-60 arası olan insanlara vurula bilər. Beləliklə, vaksin uşaq və pensionerlər üçün nəzərdə tutulmayıb. Bu, araşdırmanın dar çərçivədə aparılması ilə əlaqədardır.


Peyvənd həmçinin hamilə və uşaq əmizdirən analara qadağandır.

Xəbər lenti