Xəzər Xəbər

Ağdaşda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər cərimələndi

Hadisə | 16:44 • 12 Avqust 2020
Ağdaşda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər cərimələndi

 Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə rayon ərazisində tədbirlər davam etdirilir.


 DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları  ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçiriblər.


Reyd zamanı bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri aşkar olunub. 


Qaydalar və tələblər onların diqqətinə çatdırılıb. Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması üçün bu qaydalara riayət etmələrinin vacibliyi bir daha izah olunub. Bununla yanaşı edilən xəbərdarlıqlara məhəl qoymayaraq, karantin rejiminin tələblərini pozmaqda davam edən bəzi sürücü və sərnişinlər barəsində cərimə protokolu tərtib olunub.

Xəbər lenti