Xəzər Xəbər

Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alındı

Dünya | 13:52 • 12 Avqust 2020
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alındı

Monqolustanın qərbindəki Xovd əyalətində bubon taunu infeksiyası nəticəsində ikinci şəxsin ölümü qeydə alınıb.


42 yaşlı şəxsin satın aldığı marmotlardan taun yoluxduğu ehtimal olunur. Marmotlar potensial taun daşıyıcısı olduğu üçün bölgə rəhbərliyi onları ovlamamağa və ətini yeməməyə çağırıb.


Bir müddət əvvəl 15 yaşlı gəncin taundan ölümü qeydə alınmışdı. Bu günədək Monqolustanda 12 yoluxma halı baş verib. Onlarda 4-ü laborator şəraitdə təsdiqlənib.


Monqolustanın 21 əyalətindən 17-i yoluxma riski altında hesab edilir./Trend

Xəbər lenti