Xəzər Xəbər

Çempionlar Liqası: 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək

İdman | 10:47 • 12 Avqust 2020
Çempionlar Liqası: 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. 


İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Yeganə matçdan ibarət olacaq 1/4 finalın ilk duelində İtaliya "Atalanta"sı Fransa çempionu PSJ ilə üz-üzə gələcək. 


Qarşılaşma Portuqaliyanın Lissabon şəhərindəki "Estadio da Luş" stadionunda gerçəkləşəcək. Görüşün baş hakimi ingiltərəli  Entoni Teylor olacaq. Qalib komanda yarımfinalda Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq. 


Çempionlar Liqası, 1/4 final

23:00. "Atalanta" (İtaliya) – PSJ (Fransa)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Portuqaiya, Lissabon.  "Estadio da Luş" stadionu

Xəbər lenti