Xəzər Xəbər

Ekvador prezidenti ölkə həbsxanalarında fövqəladə vəziyyət elan etdi

Dünya | 10:38 • 12 Avqust 2020
Ekvador prezidenti ölkə həbsxanalarında fövqəladə vəziyyət elan etdi

Ekvador prezidenti Lenin Moreno ölkə həbsxanalarında fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.


O, bu barədə öz "Twitter" səhifəsində yazıb.


"Ciddi hadisələr səbəbindən ölkə həbsxanalarında fövqəladə vəziyyət elan etdim ki, ölkənin silahlı qüvvələri mafiyalara nəzarəti ələ alsınlar. Bütün cəbhələrdə cinayətkarlara qarşı mübarizəmizi davam etdiririk" - Moreno bildirib.


Ötən həftə ölkənin həbsxanalarından birində baş verən ixtişaşlarda ən az 11 nəfər ölüb. Polis əməkdaşları da daxil olmaqla daha 15 nəfər yaralanıb./report

Xəbər lenti