Xəzər Xəbər

Fransada COVID-19-dan ölənlərin sayı 30 min 354-ə yüksəldi

Dünya | 10:30 • 12 Avqust 2020
Fransada COVID-19-dan ölənlərin sayı 30 min 354-ə yüksəldi

Fransada yeni növ koronavirus (COVID-19) epidemiyasından ölənlərin sayı 30 354-ə yüksəlib.


Ölkənin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son sutkada ölkədə yoluxmuş insanların sayı 1397 nəfər artaraq 226 820-ə çatıb.


Son 24 saatda xəstəxanalarda 14 nəfərin ölümü qeydə alınıb.


Pandemiya ölkədə sürətlə yayılmaqda davam edir./report

Xəbər lenti