Xəzər Xəbər

Livanda GƏRGİNLİK ARTIR: Prezidentin istefası tələb edildi

Dünya | 10:25 • 12 Avqust 2020
Livanda GƏRGİNLİK ARTIR:

Çərşənbə axşamı günü Livan paytaxtında hökumət əleyhinə etiraz aksiyaları yenidən başlayıb.


Bu barədə "Al Arabiya” telekanalı məlumat yayıb.


Onun məlumatına görə, etirazçılar partlayış nəticəsində dağılmış Beyrut limanının girişinə toplaşıblar.


Manifestantlar hökumət əleyhinə şüarlar səsləndirir, Livan Prezidenti Mişel Aunun istefasını və parlamentin buraxılmasını tələb edirlər./Publika.az

Xəbər lenti