Xəzər Xəbər

ÜST gün ərzində ölənlərin sayını açıqladı

Dünya | 09:57 • 12 Avqust 2020
ÜST gün ərzində ölənlərin sayını açıqladı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 216 mindən çox artıb.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.


Avqustun 11-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 216 033 nəfər koronavirusa yoluxub, 4 268 nəfər isə dünyasını dəyişib.


Yoluxanların ümumi sayı 19 936 210, ölənlərin isə 732 499 nəfərə çatıb.


Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti