Xəzər Xəbər

Avropa Liqasının son iki yarımmfinalçısı məlum oldu

İdman | 09:53 • 12 Avqust 2020
Avropa Liqasının son iki yarımmfinalçısı məlum oldu

UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin növbəti oyunu keçirilib.


Ukraynanın "Şaxtyor Donetsk" komandası İsveçrənin "Bazel"i ilə üz-üzə gəlib.


Gelzenkirxendəki "Veltins Arena”da baş tutan görüş Donetsk təmsilçisinin 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.


Oyunda hesab erkən (2-ci dəqiqə) açılıb. Marlosun künc ötürməsindən sonra topa hamıdan tez yetişən Junior Morayes qapıya dəqiq baş zərbəsi endirib. Qoldan 20 dəqiqə sonra hücumlarını davam edən "Şaxtyor Donetsk” rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. Tayson cinah ötürməsini qola çevirib. Bu qolda da Marlos məhsuldar ötürmə ilə yadda qalıb.


Fasilədən sonra ukraynalılar hesab arasındakı fərqi üç topa çatdırıb. Hakimin təyin etdiyi penaltini 74-cü dəqiqədə Alan Patrik dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə 88-ci dəqiqə Dodo qoyub. Bu qələbə sayəsində "Şaxtyor Donetsk” UEFA Avropa Liqasının yarımmfinalına vəsiqə qazanıb.


Günün digər görüşündə "Volverhemton” (İngiltərə) "Sevilya” (İspaniya) ilə qarşılaşıb.


Gərgin keçən görüşün taleyini bir qol həll edib. Matçın əsas vaxtının bitməsinə bir dəqiqə qalmış "Sevilya” qələbə topunu vuraraq yarımmfinala vəsiqə qazanıb. Vacib qolu ispanların heyətində Lukas Okampos vurub.

Xəbər lenti

Çox oxunanlar