Xəzər Xəbər

Parisin küçələrində qoruyucu maskadan istifadə məcburi oldu

Dünya | 09:45 • 11 Avqust 2020
Parisin küçələrində qoruyucu maskadan istifadə məcburi oldu

Bu gündən etibarən Fransanın paytaxtı Paris şəhərindəSena çayının sahilində və əhalinin istirahət üçün daha çox üz tutduğu məkanlarda maska rejimi tətbiq olunacaq.

TASS xəbər verir ki, şəhər administrasiyası bu addımın ağırlaşan epidemioloji vəziyyətlə əlaqədar qəbul edildiyini bildirib.

Paris şəhər meriyasından verilən məlumatda qeyd olunur ki, ölkə üzrə götürülən testlərin yalnız 1,6 faizi müsbət nəticə verdiyi halda, Fransa paytaxtında həmin göstərici 2,4 faizdir.

Xəbər lenti