Xəzər Xəbər

COVID-19 xəstəsi evi icazəsiz tərk etdiyinə görə saxlanılıb

Hadisə | 14:21 • 10 Avqust 2020
COVID-19 xəstəsi evi icazəsiz tərk etdiyinə görə saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Elnur Bayramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.


Lakin həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.


Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan E.Bayramovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.


Həmçinin Quba RPŞ-nin əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Bu zaman mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib.


Reydlər zamanı qaydaları pozan şəxslər barəsində İXM-nin 211.2- maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti