Xəzər Xəbər

Dənizdə çimən 2 nəfər qadından biri xilas edilib, digəri isə batıb VİDEO

Veb TV | 20:34 • 8 Avqust 2020
Dənizdə çimən 2 nəfər qadından biri xilas edilib, digəri isə batıb

Sumqayıtda yerləşən çimərlikdə 2 qadın boğulmaq təhlükəsi ilə üzləşib. Onlardan birini xilas etmək mümkün olsa da, digəri dənizdə batıb.

Dənizdə çimən 2 nəfər qadından biri xilas edilib, digəri isə batıb...

Bədbəxt hadisə Sumqayıtda, Novxanı ərazisindəki çimərlikdə baş verib. Karantin qaydalarına nəzarət məqsədi ilə ərazidə patrul xidmətini həyata keçirən Sumqayıt şəhər Yanğından mühafizə idarəsinin əməkdaşı Asif Xəlilov bir nəfərin Xəzər dənizində batdığını görüb. O, dərhal suya baş vurub və ərazidə olan Çingiz Məmmədlinin köməyi ilə 30 yaşlı Aygün İsmayılovanın həyatını xilas ediblər. 43 yaşlı Aygün Musayeva isə dənizdə boğularaq ölüb.

Mərhum Aygün Musayevanın meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti