Xəzər Xəbər

“Apple”dan gözlənilməz qərar: artıq “iPhone” smartfonlarında bu olmayacaq

Texnologiya | 16:46 • 8 Avqust 2020
“Apple”dan gözlənilməz qərar:

"iPhone 12” seriyası ilə bazara yenidən qayıdan "Apple” böyük müzakirə mövzusu olacaq qərara imza atmağa hazırlaşır.


Şirkət "iPhone 12” modelindən etibarən smartfonların qutusuna enerji cihazı qoymağı planlaşdırmır.


Şirkət bunun üçün anket sorğusu tərtib edib.


Sorğuda "köhnə "iPhone” enerji cihazını indi nə edirsiniz” sualı qoyulub.


Variantlar isə belədir:


*Tanışıma verdim


*Təkrar emala verdim


*İtirdim


*Artıq ya işləmir, ya da tez-tez problem yaradır


*Hələ də evdə istifadə edirəm


*Hələ də evdən kənarda istifadə edirəm


*Evdədir, amma istifadə etmirəm


*Köhnə telefonumla birlikdə satdım və ya dəyişdirdim


Publika.az

Xəbər lenti