Xəzər Xəbər

Sarqsyan Paşinyana ismarış göndərdi

Dünya | 13:56 • 7 Avqust 2020
Sarqsyan Paşinyana ismarış göndərdi

"Keçmişə qayıdış olmayacaq, ancaq Ermənistan tarixinin 2018-ci ilin aprelindən başlamadığını da anlamalıyıq”.


Bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan "Facebook” səhifəsindəki müraciətində bildirib.


"İrəliləmək üçün keçmişdəki məsələlərə aydınlıq gətirmək lazımdır”,- o deyib.


Sarqsyan koronavirusla bağlı fövqəladə vəziyyət rejiminin başa çatmasını və 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin aprel hadisələri ilə bağlı jurnalistlərlə görüşmək, mətbuat konfransı keçirmək istədiyini bildirib.


Mütəxəssislər vurğulayıblar ki, Sarqsyan keçmişin qayıtmayacağını deməklə Ermənistanın baş naziri Nikol Paşinyana ismarış göndərib. Çünki hazırda Sarqsyan külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur və cinayət işi üzrə məhkəmə prosesi davam edir./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti