Xəzər Xəbər

Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Texnologiya | 10:53 • 6 Avqust 2020
Bezos 7,2 milyard dollar dəyərində Amazon səhmlərini satıb

Bu həftə dünyanın ən zəngin adamı və "Amazon” şirkətinin təsisçisi Jeff Bezos dəyəri 3,1 milyard ABŞ dollarından çox olan səhm satıb.


Bu barədə "CNBC” telekanalı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına göndərilən bildirişlərə istinadən məlumat verib.


Həmin sənədlərə görə, Bezos bu ilin əvvəlində "Amazon” şirkətinin 4,1 milyard ABŞ dolları dəyərində səhmini satıb.


Bu həftəni də nəzərə alsaq, dünyadakı ən varlı insan səhm satışından 7,2 milyard ABŞ dollarından çox gəlir əldə edib.


Milyarder jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun səhm satmaqda əsas məqsədi kosmik şirkəti maliyyələşdirməkdir.


Bezos hələ də korporasiyanın 170 milyard ABŞ dollarından çox dəyəri olan 54 milyon səhminin sahibdir./report


Xəbər lenti