Xəzər Xəbər

Bayden: “Çinlə ticarət sazişi iflasa uğrayır”

Dünya | 10:48 • 6 Avqust 2020
Bayden: “Çinlə ticarət sazişi iflasa uğrayır”

Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Çin ilə ticarət sazişinin çökdüyünü açıqlayıb.


Bu barədə "Reuters” xəbər verir.


"Trampın (ABŞ prezidenti Donald Tramp - Red) ticarət sazişi ilə bağlı əldə etdiyi razılaşmanın ilk mərhələsi uğursuzluqla nəticələnir, iflasa uğrayır”-deyə, o bildirib.


ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu ilin iyun ayında ABŞ və Çin arasındakı ticarət kəsiri may ayına görə 5 faiz artıb.


Bundan əlavə, ABŞ Ticarət Departamentinin məlumatları Pekinin Amerika mallarını almaq öhdəliyini yerinə yetirmədiyini göstərir./report

Xəbər lenti