Xəzər Xəbər

Polad Həşimovun adı bu küçəyə verildi

Gündəm | 10:30 • 6 Avqust 2020
Polad Həşimovun adı bu küçəyə verildi

Qəbələdə şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçə müəyyənləşib.


XəzərXəbər xəbər verir ki, şəhərin mərkəzini əhatə edən ikinci ən böyük küçə olan İsmayıl bəy Qurtqaşınlı küçəsinə Polad Həşimovun adı verilib.


Bidirilir ki, bu küçədə Qəbələnin Şəhidlər Xiyabanı da yerləşir.


Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlar vermişdi. Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub.

Xəbər lenti