Xəzər Xəbər

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Dünya | 11:59 • 5 Avqust 2020
Avstraliyada ştatlar arasında sərhədlər bağlanır

Avstraliyanın Kuinslend ştatı koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Yeni Cənubi Uels ştatı ilə sərhədi bağlayıb.


Son günlərdə Avstraliyanın iri şəhərlərində yoluxma faktları artmağa başlayıb.


Kuinslend bir neçə gün əvvəl Viktoriya ştatı ilə sərhədi bağlamışdı.


Təkcə bu gün Viktoriya və Yeni Cənubi Uels ştatlarında 800-ə yaxın yeni yoluxma qeydə alınıb.


Qeyd edək ki, bu günədək Avstraliyada 19 mindən çox şəxs koronavirursa yoluxub, 232 nəfər ölüb./Trend

Xəbər lenti