Xəzər Xəbər

Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu VİDEO

Veb TV | 11:50 • 5 Avqust 2020
Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb.


XəzərXəbər Oxu.Az-a istinadən xəbər verir ki, Livanın "LBC International" telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib.


"Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb", - telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir.


Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 100 nəfər ötüb, dörd mindən artıq insan yaralanıb.


Hazırda Beyrut fəlakət bölgəsi elan edilib.


Xəbər lenti