Xəzər Xəbər

Ölkənin sərhədləri dəyişdi: xəritə paylaşıldı

Dünya | 11:27 • 5 Avqust 2020
Ölkənin sərhədləri dəyişdi: xəritə paylaşıldı

Pakistanın Baş naziri İmran Xan ölkəsinin yeni xəritəsini elan edib.


Baş nazir Cəmmu və Kəşmirin Pakistan sərhədləri daxilində göstərilən xəritənin Nazirlər Kabineti, ölkə müxalifəti və Kəşmir rəhbərliyi tərəfindən təsdiq edildiyini bildirib.


Cəmmu və Kəşmirin xüsusi idarəçilik statusunun götürülməsinin 1-ci ili ərəfəsində bu addımı atan İmran Xan hadisəni bu torpaqların Pakistana aid olması üçün görülən tədbirlərin başlanğıcı adlandırıb.


Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Açıqlamada rəsmi İslamabadın əsassız iddialarla çıxış etdiyi bildirilib, bu addım "siyasi axmaqlıq təlimi” adlandırılıb.


Qeyd edək ki, Hindistan 5 avqust 2019-cu ildə konstitusion dəyişikliklə Cəmmu və Kəşmirin xüsusi idarəçilik statusunu ləğv etmiş, bölgəni mərkəzə bağlı 2 Birlik Torpağına ayırmışdı./Publika.az

Xəbər lenti