Xəzər Xəbər

Filippində koronavirusa gündəlik yoluxmada rekord yeniləndi

Dünya | 16:12 • 4 Avqust 2020
Filippində koronavirusa gündəlik yoluxmada rekord yeniləndi

Filippin Səhiyyə Nazirliyi son sutka ərzində ölkədə 6 352 koronavirusa yoluxma halı qeydə alıb və bu, gündəlik yoluxma hallarında rekordun yenilənməsidir.


"RİA Novosti” xəbər verir ki, bu barədə qurumun "Facebook”da dərc olunan gündəlik hesabatında deyilir.


Nazirliyin məlumatına görə, son gündə 11 ölüm hadisəsi qeydə alınıb. Epidemiyanın başlanğıcından bəri ümumilikdə 112 593 nəfər virusa yoluxub, 215 nəfər COVID-19 qurbanı olub. Eyni zamanda, 66 049 nəfər (son gündə 240) koronavirusdan sağalıb./report

Xəbər lenti