Xəzər Xəbər

Lempard transferdən doymur

İdman | 15:44 • 4 Avqust 2020
Lempard transferdən doymur

"Çelsi"nin baş məşqçisi Frenk Lempardın transfer hədəfləri bəlli olub.


XəzərXəbər "The Times" nəşrinə istinadən xəbər verir ki, Lempard ilk növbədə "Lester"in sol cinah müdafiəçisi Ben Çiluellin transferində maraqlıdı. Alternativ variant kimi "Atletiko"nun arxa xətt oyunçusu Xose Ximenesin adı da hallanır. Bununla yanaşı, 42 yaşlı mütəxəssis rəhbərlikdən bir qapıçı və minimum bir mərkəz müdafiəçisinin transferini istəyib.


Qeyd edək ki, "Çelsi" artıq heyətini Timo Verner və Hakim Zieşlə gücləndirib. "Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Havertsin adı da "zadəganlar"la birlikdə hallanır.


Fanat.Az

Xəbər lenti