Xəzər Xəbər

Avqustun 5-dən sonra imtahanlar keçiriləcək - RƏSMİ

Gündəm | 18:28 • 3 Avqust 2020
Avqustun 5-dən sonra imtahanlar keçiriləcək - RƏSMİ

"Avqustun 5-dən sonra bir sıra imtahanlar keçiriləcək”.


Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.


Onun sözlərinə görə, ölkənin bir sıra rayon və şəhərləri arasında sərtləşdirilmiş karantin rejiminin qismən yumşaldılması ilə müəllimlərin işə qəbulu, lisey və gimnaziyalarda imtahanlar keçiriləcək.


O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanların keçirilməsi planlaşdırılır.


"Təhsil müəssisələrində gigiyena qaydalarına əməl edilməsi ilə vətəndaşların müraciəti əsasında müxtəlif arayış və sənədlərin verilməsinə icazə verilir”, - deyə, H.Hacıyev əlavə edib.

Xəbər lenti