Xəzər Xəbər

Beqoviç "Milan"dan ayrılır

İdman | 16:36 • 3 Avqust 2020
Beqoviç "Milan"dan ayrılır

Ötən mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviç icarə əsasında çıxış etdiyi "Milan” klubundan ayrılır. 


Bosniyalı qolkiper müqavilə ilə məxsus olduğu "Bornmut"a qayıdacaq.


Beqoviçin 2021-ci ilə qədər İngiltərə təmsilçisi ilə sözləşməsi var.  Komanda Premyer Liqanı 18-ci sırada tamamladığı üçün növbət mövsüm Çempionşipdə mübarizə aparacaq.


Qeyd edək ki, yanvarda "Milan”a keçən Beqoviç İtaliya klubunda iki oyun forma geyinib./Offsideplus.az 

Xəbər lenti