Xəzər Xəbər

Kran aşdı, 11 fəhlə faciəvi şəkildə öldü ANBAAN VİDEO

Veb TV | 16:26 • 3 Avqust 2020
Kran aşdı, 11 fəhlə faciəvi şəkildə öldü

Gəmiqayırma zavodunda tikinti kranı aşıb, nəticədə, 11 fəhlə həyatını itirib. Şahidlər hadisənin baş verdiyi anın görüntülərini paylaşıblar.

REN TV-nin məlumatına görə, faciə Hindistanın Andhra-Pradeş ştatında baş verib.

Kadrlarda 70 tonluq kranın yerə çırpılma anı əks olunub. Hadisə 20 fəhlənin iştirakı ilə kranın montajı zamanı baş verib.

Qurbanlardan əlavə, daha bir nəfərin yaralandığı bildirilir.

Hadisə ilə əlaqədar yoxlamalara başlanılıb.

Xəbər lenti