Xəzər Xəbər

Avtobusa maskasız minən gənclərin davası qanlı bitdi: Sürücü başından bıçaqlandı - VİDEO

Veb TV | 13:25 • 3 Avqust 2020
Avtobusa maskasız minən gənclərin davası qanlı bitdi:

Türkiyədə bir qrup gənc avtobusa maskasız minmək istəyib və bu zaman sürücü ilə aralarında mübahisə yaranıb.


Ahaber.com-un məlumatına görə, hadisə Balıkesir şəhərində baş verib.


Sürücünün iddiasına görə, gənclər sərxoş olub və onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, maskalarını taxmayıblar. Bu zaman onlar arasında mübahisə yaranıb. Gənclərdən biri sürücünü başından bıçaqlayıb.


O, dərhal xəstəxanaya çatdırılıb.


Polislər gənclərin kimliyini müəyyənləşdirməyə çalışır.


Xəbər lenti