Xəzər Xəbər

Karantində elektron qolbaq daşımaq məcburi oldu

Maraqlı | 13:16 • 3 Avqust 2020
Karantində elektron qolbaq daşımaq məcburi oldu

Sinqapura gələn hər kəs, o cümlədən, xarici vətəndaşlar iki həftəlik karantin müddətində xüsusi elektron qolbaq taxmalıdır.


TASS xəbər verir ki, bu barədə Sinqapurun Təhsil Nazirliyinin və İnsan Resursları Nazirliyinin İmmiqrasiyaya Nəzarət Xidmətinin birgə yaydığı müraciətdə qeyd olunub.


Qayda yalnız 12 yaşınadək uşaqlara şamil edilməyəcək.


Elektron qolbağı taxmaqdan imtina edən şəxsləri 7,2 min dollar (12 240 manat) cərimə və ya altı aya qədər həbs gözləyir.


Xarici vətəndaşlar isə dərhal ölkədən deportasiya olunacaqlar.

Xəbər lenti