Xəzər Xəbər

Azərbaycan-Ermənistan sərhədində düşmən silahı susmur - VİDEO

Veb TV | 21:25 • 16 İyul 2020
Azərbaycan-Ermənistan sərhədində düşmən silahı susmur -

Dünənki sakitçilik gecə saat 4-dən etibarən yenidən pozulub. Tovuzun bir neçə kəndində silah səsləri eşidilib.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələri səhərə yaxın rayonun Ağdam, Əlibəyli, Hacallı, Muncuqlu, Vahidli, Dondarquşçu kəndlərini və ordumuzun üzbəüz mövqelərini 120 mm-lik minaatlardan və D-30 toplarından atəşə tutub.

İlk təxribatların başladığı Ağdam kəndinə düşən top mərmiləri dağıntılara səbəb olub. Ağdamla bərabər, Dondarquşçu kəndində də evlər və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Gecə başlanan atışma vəziyyəti yenidən gərginləşdirsə də, bu gün axşama kimi sakitçilik bərqərar olub. Bu gün kənddə həyat əvvəlki axarı ilə davam edib. Sakinlərin ordumuza olan inam və etimadı böyükdür.

Qeyd edək ki, bir necə saat öncə yenidən ermənilər tərəfindən atəş açılıb. Vahidli kəndinə top atıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti