Xəzər Xəbər

İranda koronavirusdan bir gündə 198 nəfər ölüb

Dünya | 18:46 • 16 İyul 2020
İranda koronavirusdan bir gündə 198 nəfər ölüb

İranda karantin rejiminin sərtləşməsinə və tibbi maskanın məcburi olmasına baxmayaraq koronavirus yayılmaqda davam edir.


İranın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səadət Sima Lari açıqlama verib ki, son 24 saat ərzində İranda 2 min 500 nəfər virusa yoluxub, 198 nəfər isə vəfat edib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 267 min 61 nəfərə, ölənlərin sayı isə 13 min 608-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 230 min 608 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicə olunan 3 min 471 xəstənin vəziyyəti ağır olaraq qalır.

Xəbər lenti