Xəzər Xəbər

Türkiyədə kəşfiyyat təyyarəsi qəzaya uğrayıb, 7 nəfər ölüb

Dünya | 08:57 • 16 İyul 2020
Türkiyədə kəşfiyyat təyyarəsi qəzaya uğrayıb, 7 nəfər ölüb

Türkiyənin şərqindəki Van əyalətində təhlükəsizlik xidmətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.


Xezerxeber.az "NTV” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.


Qəzanın yerli vaxtla saat 03:00 radələrində baş verdiyi deyilir. Təyyarə kəşfiyyat və müşahidə missiyası həyata keçirirmiş. Ölənlər arasında iki pilot da var.

Rubrikanın digər xəbərləri

Xəbər lenti