Xəzər Xəbər

Valentina Matviyenko: Baş verən hadisə ilə bağlı Rusiyada narahatdırlar

Dünya | 16:44 • 15 İyul 2020
Valentina Matviyenko: Baş verən hadisə ilə bağlı Rusiyada narahatdırlar

Rusiya Bakı və Yerevanı fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırır, diplomatik və parlament xətti üzrə müəyyən dərəcədə səy göstərilir.


Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.


O qeyd edib ki, MDB Parlamentlərarası Assambleyanın sədri kimi ona Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri tərəfindən müraciətlər olunub. Baş verən hadisə ilə bağlı Rusiyada narahatdırlar. Çünki həm Azərbaycan, həm Ermənistan Rusiyaya dost, tərəfdaş ölkələrdir. O deyib: "İndi başlıcası günahkarı axtarmaq deyil, hər hansı hərbi əməliyyatı dərhal dayandırmaqdır”.


Federasiya Şurası sədrinin sözlərinə görə, eskalasiyanın azaldılması istiqamətində diplomatik xətt üzrə bütün tədbirlər görülür, Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi də səy göstərir, parlament xətti üzrə də səy göstərilir. "Bu vəziyyət bizi çox həyəcanlandırır və narahat edir, biz gərginliyin azaldılması, döyüş əməliyyatlarının dayandırılması üçün əlimizdən gələni edəcəyik”, - deyə vurğulayan V.Matviyenko Rusiya tərəfinin danışıqlar prosesinə, bu danışıqların gedişində qarşılıqlı məqbul həllər axtarılmasına tərəfdar olduğunu əlavə edib.

Xəbər lenti