Xəzər Xəbər

DYP: 1043 nəfər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Cəmiyyət | 14:54 • 15 İyul 2020
DYP: 1043 nəfər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 14-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.


İdarədən xezerxeber.az-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 14-ü saat 00:00-dan iyulun 15-i saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 894 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 147 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1043 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 50-i rayon, 90-ı paytaxt istiqamətinə olmaqla 140, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 20-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 85-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 135 avtomobil geri qaytarılıb. Ümumilikdə 345 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
501 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti