Xəzər Xəbər

Arxeoloqlar 2 min il əvvəl baş vermiş qətlin üstünü açmağa çalışacaq - FOTO

Dünya | 10:52 • 15 İyul 2020
Arxeoloqlar 2 min il əvvəl baş vermiş qətlin üstünü açmağa çalışacaq -

Böyük Britaniyada arxeoloqlar təqribən 2 000 il əvvəl yaşamış və qətl hadisəsinin qurbanı olduğu ehtimal edilən insan qalıqlarını aşkar ediblər.


Bu barədə "The Daily Mail” məlumat yayıb.


Arxeoloqlar insan skeletini Bakinqemşir qraflığının Uendover şəhərində yerləşən fermalardan birinin yaxınlığından aşkar ediblər.

Cəsədin xəndəkdə üzü üstə və qollarının bağlı şəkildə olması şübhələrə əsas yaradıb.


Arxeoloqlar bildirib ki, qalıqları tapılan şəxsin yaşı hələ məlum deyil, lakin insan skeleti azı iki min il əvvələ məxsusdur.


Mütəxəssislər bildirib ki, hadisədən çox uzun müddət keçməsinə baxmayaraq, onlar bu sirli hadisəyə aydınlıq gətirməyə çalışacaqlar.

Xəbər lenti