Xəzər Xəbər

Karantin qaydalarını pozanlara qarşı tədbirlər görülür - VİDEO

Veb TV | 09:16 • 15 İyul 2020
Karantin qaydalarını pozanlara qarşı tədbirlər görülür -

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişin daşıyan sürücülər saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, qanunsuz fəaliyyətlə məşğul olan Ağstafa rayon sakini Pərvin Tatarov və onun həmyerlisi Elkin Xasməmmədov tutulub. Məlum olub ki, Elkin Xasməmmədov pul müqabilində təsisçisi olduğu şirkətin adından Pərvin Tatarovun paytaxta gətirdiyi sərnişinləri icazə portalından qanunsuz olaraq qeydiyyatdan keçirib.

Bakı şəhərindən Astara rayonuna sərnişin daşımaqla məşğul olan İmran Qəhrəmanov da saxlanıb. Bu şəxs isə rayon qeydiyyatında olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrini götürərək karantin postunda guya həmin adamları apardığını bildirib və polis əməkdaşlarını aldatmağa cəhd göstərib. Araşdırma zamanı isə onun sərnişinlərinin şəxsiyyət vəsiqələrini təqdim etdiyi şəxslər yox, qeydiyyatı paytaxta olan başqa vətəndaşların olduqları üzə çıxıb.

Abşeron rayonunda isə karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib. Polis tərəfindən Masazır qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Abdullayevin işlətdiyi restoranda müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 10 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün

Mingəçevirdə isə yas mərasimi keçirən şəxslər cərimələnib. Polis əməkdaşları mərasimi başlamadan dayandırıb.

Qubada isə Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanıb. Saxlanan bütün şəxslər barəsində cərimə protokolları tərtib olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti