Xəzər Xəbər

Gürcüstan bu il istehlak etdiyi yanacağın 17 faizdən çoxunu Azərbaycandan alıb

İqtisadiyyat | 14:08 • 14 İyul 2020
Gürcüstan bu il istehlak etdiyi yanacağın 17 faizdən çoxunu Azərbaycandan alıb

Gürcüstan cari ilin yanvar-iyun aylarında ümumilikdə 497,9 min ton benzin və dizel yanacağı idxal edib. Bu da illik müqayisədə 3,6 min ton və ya 0,7 faiz çoxdur.


Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.


Bildirilir ki, Gürcüstanın hesabat dövründə idxal etdiyi yanacağın 17,8 faizi Azərbaycanın payına düşüb. Altı ayda Gürcüstan Azərbaycandan 88,8 min ton yanacaq tədarük edib.


Hesabat dövründə Rusiya Gürcüstanın əsas yanacaq tədarükçüsü olub. İlin birinci yarısında Gürcüstan Rusiyadan 176 min ton yanacaq alıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti