Xəzər Xəbər

AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

İdman | 13:46 • 14 İyul 2020
AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

AFFA-nın texniki direktoru Bernhard Lippertin müqaviləsi iyunun 30-da başa çatıb. Almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.


Xezerxeber.az xəbər verir ki, texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın kütləvi futbol departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.


AFFA rəhbərliyi B.Lippertə gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər lenti