Xəzər Xəbər

Quba -Xınalıq yolunda hərəkət bərpa olunub - FOTO

Region | 10:49 • 14 İyul 2020
Quba -Xınalıq yolunda hərəkət bərpa olunub -

İyulun 13-ü axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib. Sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.


Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.


Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecəboyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb. Belə ki, artıq iyulun 14 -ü səhər saat 9-dan etibarən Quba–Xınalıq yolunda hərəkət bərpa olunub.


Hazırda bu yolda heç bir hərəkət məhdudiyyəti yoxudur.

Xəbər lenti