Xəzər Xəbər

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib

Gündəm | 15:38 • 13 İyul 2020
Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanatla çıxış edib

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.


Xezerxeber.az xəbər verir ki, xarici siyasət idarəsinin bəyanatında RF XİN-in iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı ciddi narahatlığını ifadə etdiyi qeyd olunur. "Daxil olan məlumata görə, döyüş əməliyyatları davam edir. Artilleriyadan istifadə olunur. Ölənlər və yaralananlar var. Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk. Eskalasiyanın davam edərək regionun təhlükəsizliyinə təhdid yaratmasını yolverilməz hesab edirik. Qarşıdurma tərəflərini təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Rusiya XİN vəziyyətin sabitləşdirilməsi üçün öz tərəfindən zəruri köməkliyi göstərməyə hazırdır”, - deyə Rusiya XİN-in bəyanatında bildirilir.

Xəbər lenti