Xəzər Xəbər

Mingəçevirdə sərt karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkarlanıb

Region | 13:59 • 13 İyul 2020
Mingəçevirdə sərt karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkarlanıb

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkarlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun sərt karantin rejimində qanunsuz işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və müştərilərin olduqları aşkarlanıb.


Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Xəbər lenti