Rusiyanın Nijni Novqorod vilayətində "An-2” təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə səhərə yaxın baş verib. Təyyarə Kistenevo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb və yanıb. Nəticədə bir nəfər həlak olub, bir nəfər yaralanıb.