Xəzər Xəbər

Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik edib

Gündəm | 16:17 • 11 İyul 2020
Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik edib

Prezident İlham Əliyev Monteneqronun milli bayramı münasibətilə Prezident Milo Cukanoviçə təbrik məktubu göndərib.


Xezerxeber.az xəbər verir ki, dövlət başçısı məktubda Azərbaycan–Monteneqro dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli və yüksələn xətlə inkişaf etdiyini bildirib. "İnanıram ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli müstəvidə möhkəmlənməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.


Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Monteneqro xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm”, - deyə Prezident qeyd edib.


Prezident İlham Əliyev Prezident Milo Cukanoviçə möhkəm cansağlığı, işlərində uğurlar, ölkəsinə daim rifah və əmin-amanlıq arzulayıb.

Xəbər lenti