Xəzər Xəbər

İngiltərə çempionatında iyun ayının ən yaxşı futbolçusu müəyyənləşib

İdman | 09:41 • 11 İyul 2020
İngiltərə çempionatında iyun ayının ən yaxşı futbolçusu müəyyənləşib

Futbol üzrə İngiltərə çempionatında iyun ayının ən yaxşı futbolçusu müəyyənləşib.


Xezerxeber.az turnirin saytına istinadla xəbər verir ki, bu mükafata "Mançester Yunayted”in futbolçusu Bruno Fernandes layiq görülüb.


Portuqaliyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada iştirak etdiyi 3 oyunda 3 qol vurub. Fernandes fevralda da ən yaxşı futbolçu seçilmişdi.

Xəbər lenti