Xəzər Xəbər

Türkiyə Prezidenti Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb

Dünya | 22:59 • 10 İyul 2020
Türkiyə Prezidenti Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb.

Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ayasofyanın Diyanət İşləri İdarəsinə təhvil verilərək ibadətə açılması ilə bağlı qərarı "xeyirli olsun” mesajı ilə özünün Tvitter səhifəsində paylaşıb. Qərar "Rəsmi qəzet”də dərc olunub.

Prezident bu qərarı Türkiyənin Apelyasiya məhkəməsi tərəfindən Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Kabinetinin 1934-cü il 24 noyabr tarixli qərarı ləğv olunduqdan sonra imzalayıb.

Xəbər lenti