Xəzər Xəbər

Yaqut Qarayeva: Koronavirusa yoluxma hallarında sabitləşmə müşahidə olunur

Gündəm | 17:15 • 10 İyul 2020
Yaqut Qarayeva: Koronavirusa yoluxma hallarında sabitləşmə müşahidə olunur

Koronavirusa yoluxma ilə sağalma sayı eyniləşir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, artıq sabitləşmə müşahidə olunur: "Yoluxanlarla sağalanlar arasında eyniləşmə baş verir. Artıq vətəndaşların qaydalara əməl etməsinə görə biz sabitləşməyə nail olmuşuq. İnsanlar daha ciddi şəkildə qaydalara əməl edir. Vətəndaşlar xəstəliyin ciddiliyinə inanır. Nə qədər qaydalar sərtləşsə də, biz birləşməsək, xəstəliyə qalib gələ bilmərik".

Yaqut Qarayeva deyib onu da deyib ki, yay vaxtlarına görə karantinlə bağlı şikayətlər daxil olur.

Onun sözlərinə görə, əsasən insanlar yay aylarında rayonlara getmək istəyir: "Bildirim ki, bütün epidemiyalarda ən birinci sual həmişə karantin olub. Əgər vəziyyət normallaşarsa, bu barədə hansısa qərar qəbul oluna bilər. Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır. Vətəndaşlar qaydalara əməl etsələr, bu sahədə nailiyyət əldə edə bilərik".

Xəbər lenti