Cənubi Koreyada xəstəxanada baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Onlardan 8 nəfərin vəziyyəti ağırdır.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, yanğın ölkənin cənub-qərbindəki Kohın şəhərində yerli vaxtla 3:30 radələrində başlayıb. Yanğın saat 6-da söndürülüb. Ölüm və xəsarət hallarına yanğın nəticəsində yaranan qatı tüstü səbəb olub.
Bildirilir ki, yanğın baş verəndə 7 mərtəbəli xəstəxana binasında 86 nəfər, o cümlədən 69 pasiyent olub. Onlardan 20 nəfəri binanın damına çıxmağa nail olub. Xilasedicilər daha sonra onları damdan təxliyə ediblər.
Hələlik yanğının hansı səbəbdən meydana çıxdığı bilinmir.