Xəzər Xəbər

Çində pirotexnika fabrikində güclü partlayış olub

Dünya | 15:52 • 9 İyul 2020
Çində pirotexnika fabrikində güclü partlayış olub

Çinin Siçuan vilayətinin Deyan şəhərində pirotexnika fabrikində güclü partlayış olub.


İyulun 8-də axşam saatlarında baş verən partlayış nəticəsində yaranan yanğının söndürülməsinə 10 yanğından mühafizə bölməsindən 27 avtomobil, 104 yanğınsöndürən cəlb olunub. Fabrikin ətrafında 500 metr radiusda təhlükəsizlik zolağı yaradılıb. Yanğın iyulun 9-da səhər saat 6:00 radələrində nəzarət altına alınıb.


Bildirilir ki, partlayış və ardınca baş verən yanğın nəticəsində ikisi ağır olmaqla altı nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.


Hazırda hadisə baş verən yerdə axtarış işləri aparılır. Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti